UFC döyüşçüsü avtomobil tərəfindən vurulduğunu iddia edib

UFC döyüşçüsü avtomobil tərəfindən vurulduğunu iddia edib

UFC döyüşçüsü Cin Silva velosiped sürdüyü zaman avtomobil tərəfindən qəsdən vurulduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, braziliyalı idmançı hadisənin ölkəsinin Araqaju şəhərində baş verdiyini bildirib:

“Sürücü bunu qəsdən etdi. Maşını birbaşa mənə və məşqçimə tərəf yönəltdi. Yıxıldım, amma ayağa qalxa bildim. O, bizi təhqir etdikdən sonra hadisə yerindən uzaqlaşdı. Avtomobilin nömrəsini çəkmişik. Araqaju merinin və aidiyyəti qurumların bu hadisədən xəbər tutmasını istəyirəm. Təzminat almaq və həmin şəxsin əməlinə görə cavab verməsini tələb edirəm”.

Döyüşçü ciddi xəsarət almayıb. Cin Silvanın peşəkar MMA karyerasında 18 qələbəsi və 3 məğlubiyyəti var.

Həmin kateqoriyadan