- Baxış sayı: 78
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Azərbaycan velosiped idmanı federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. Allsport.az xəbər verir ki, tədbirlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb.
Bundan əlavə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı kubokunun 1-ci mərhələsi də təxirə salınıb.
Hazırda Respublika velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.