- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycanın şosse velosipedi üzrə millisi və Sloveniyanın “BTC City Ljubljana” klubunun üzvü Yelena Pavluxina Çex Respublikasında keçirilən və 5 mərhələdən ibarət oan “Gracia Orlova” turunu qələbə ilə başa vurub. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci mərhələsində hamını qabaqlamaqla ümumi təsnifatda lider köynəyini ələ keçirən velosipedçimiz bu üstünlüyünü sonadək qoruyub.
Qoşaçarxçımız Niderlandın nüfuzlu “Rabobank” klubunun avstraliyalı üzvü Sara Gillounu 1 dəqiqə 45 saniyə, Almaniyanın “Canyon Sram Racing” komandasının belaruslu nümayəndəsi, Bakı-2015-in qalibi Alyona Amalisyuku isə 1 dəqiqə, 50 saniyə qabaqlayıb.
Bu qələbə Yelena Pavluxinaya Rio-2016-ya vəsiqə yolunda növbəli lisenziya xalları da qazandırıb. Təmsilçimiz 2-ci mərhələnin qalibi olmaqla 8, ümumi təsnifat birinciliyinə görə isə əlavə 40 reytinq xalı əldə edib.