- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Synergy Baku”nun 5 üzvü 2.2 kateqoriyalı Slovakiya turunda mübarizə aparır. Allsport.az saytı xəbər verir ki, yarışın dağ mərhələsi sayılan 2-ci günündə komandamızın üzvü Kiril Pozdnyakov finiş xəttini 2-ci keçib.
170 km məsafəni İtaliyanın “Unieuro Wilier” komandasının üzvü Mauro Finetto ilə eyni vaxtda qət edən təmsilçimiz fotofinişə əsasən 2-ci olub – 4 saat, 21 dəqiqə, 46 saniyə. Bu nəticə ilə Kiril Pozdnyakov ümumi təsnifatda böyük sıçrayış edərək 3-cü yerə yüksəlib.
23 komandanın çıxış etdiyi yarışda “Synergy Baku” Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunur. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar yarışın ən uzun məsafəsini qət edəcəklər – 193 km. Sayca 60-cı dəfə keçiriən Slovakiya Turuna iyunun 12-də yekun vurulacaq.