- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

2.2 kateqoriyalı Slovakiya turu ölkəmizin “Synergy Baku” kontinental komandası üçün uğurlu sonluqla başa çatıb. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçımız Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn Pozdnyakov, bu mövqeyini sonadək qoruyub və beşgünlük yarışın qalibi, İtaliyanın “Unieuro Wilier” komandasının üzvü Mauro Finettodan cəmi 9 saniyə geri qalıb.
Xatırladaq ki, 23 komandanın çıxış etdiyi yarışda “Synergy Baku” Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və Kiril Pozdnyakovla təmsil olunub.