Rioya yol Xorvatiyadan başlayır

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” 2015-ci il mövsümünə Xorvatiyada start verəcək. Allsport.az xəbər verir ki, velosipedçilərimiz fevralın 15-də Beynəlxalq Velosipedçilər İttifaqının birgünlük 1.2 kateqoriyalı “Laguna Porec” Qran-Prisində mübarizə aparacaqlar.

İlin ilk yarışında “Synergy Baku”nun şərəfini Azərbaycanın Elit və U-23 komandalarının üzvləri Elçin Əsədov, Maksim Averin, Ənvər Asanov, İsmayıl İlyasov və Samir Cəbrayılov qoruyacaq. Bundan başqa, Markus Eybeger, Aleksandr Surutkoviç və komandanın yeni üzvü, Sloveniya çempionu Matey Müqerli də bu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda uğurla mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayacaqlar. Elə bu səbəbdən də, komanda üzvlərimizin qarşısında duran əsas məqsəd bu yarışlarda lazımi nəticə əldə etməklə Rio-2016 Yay Olimpiya Oyunlarında iştiraka nail olmaqdır.

Həmin kateqoriyadan