ROEİUGVİM-də dopinqə qarşı mübarizə seminarı

Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi 2018-ci ilə seminarla start verib. Allsport.az saytı xəbər verir ki, toplantınıın əsas mövzusu qəbulu qadağan edilmiş maddələrlə mübarizə olub.
 
Tədbiri giriş sözü ilə açan ROEİUGVİM-in yeni direktoru Faiq Qurbanov təmiz mübarizənin hər şeydən vacib olduğunu deyərək idmançı karyerasının dopinq səbəbindən yarımçıq qalması təhlükəsini vurğuladı. O bu məqsədlə idmançılar, məşqçilər və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu dedi.
 
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və qurumun Teropevtik İstifadəyə İcazə Komitəsinin sədr müavini Fərid Əliyev tərəfindən Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən qəbulu qadağan edilmiş preparatların siyahısı ROEİUGVİM-in idmançılarına və məşqçilərinə təqdim edildi. Onlar bu cür maddələrin idmançıların sağlamlığına və idman karyerasına təsir edəcək zərərindən söhbət açaraq onları əyani vəsaitlərlə tanış etdilər.

Həmin kateqoriyadan