- Baxış sayı: 67
- 03 Fevral 2026 11:44
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Gənclər fondu və velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə Qazaxda “Sağlam gənclik” yürüşü keçirilib.
Allsport.az saytı xəbər verir ki, rayon gənclərin inkişaf və karyera mərkəzinin qarşısından start götürən rəqabətdə 300-dən çox peşəkar və həvəskar gənc iştirak edib.
Yürüş başa çatdıqdan sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.