- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Mehdi Hüseynzadəni burada yaxşı xatırlayırlar»
Sloveniya paytaxtı Lyublyanada ölkəmizin ilk peşekar velosiped komandası «Synergy Baku»nun cari mövsüm heyətinin təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə hər 2 tərəf yüksək səviyyədə təmsil olunub. Toplantıdan sonra AVİF-in vitse-prezidenti Sahib Ələkbərov müsahibə verib. Həmkarımızla söhbətdə, o, təqdimat mərasimini yüksək qiymətləndirib, Azərbaycan-Sloveniya əlaqələrindən danışıb:
«Fürsətdən istifadə edib, burada olan idman ictimaiyyəti nümayəndələrinə ilk Avropa Oyunları barədə geniş məlumat verdik. Bakı-2015 ilə bağlı videoçarx göstərildi. Səviyyə başqa idi. Sloveniya bizim tədbirdə yüksək səviyyədə təmsil olunurdu. Milli Şurasının (parlament) sədri Mitya Bervar, eləcə də Milli Olimpiya Komitəsi və idman nazirliyinin rəsmilərinin bu təqdimata qatılması bir daha onu göstərir ki, bu Balkan ölkəsində Azərbaycana maraq nə dərəcədə böyükdür. Tədbirin paytaxt Lyublyananın qədib qəsrində keçirilməsinin öz səbəbləri var. Ona görə ki, Sloveniya ilə Azərbaycan bir-birlərinə yaxın olan ölkələrdir. Bizə yaxşı bələddirlər.
Hamının «Mixaylo» kimi tanıdığı məşhur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə burada döyüşmüşdür. Sloveniyanın alman faşizmindən azad olunmasında onun böyük rolu olub. Sloveniyalılar bunu yaxşı xatırlayırlar. Həmyerlimizin xatirəsinə burada bir muzey də var. Ev sahibləri həmişə gələn qonaqlara bunu göstərirlər. Butun bunları nəzərə alaraq, biz «Synergy Baku»nun burada yerləşməsinə qərar verdik. Bu ildən etibarən yığmamızın bazası Lyublyana yerləşəcək. Burada başqa səbəblər də var: kommunikasiya, Sloveniyanın Avropanı mərkəzində yerləşməsi, digər ölkələrdə keçirilən yarışlara buradan asanlıqla səfər edilməsi və məşqçilərin yerli olması. Əminəm ki, bu addım gələcəkdə velosiped idmanının inkişafına öz müsbət təsirini göstərəcək».