- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsi də dünənki mərhələ kimi uğurla başa çatdı. Allsport.az saytı xəbər verir ki, dağlıq ərazilərin çox olduğu 186,5 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər”. Bunu jurnalistlərə açıqlamasında “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun təşkilat komitəsinin sədri Sahib Ələkbərov 2-ci mərhələnin yekunlarını şərh edərkən deyib.
O, “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakovun“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinin qalibi olmasının sevindirici hal olduğunu vurğulayıb: “Çox yaxşı haldır ki, idmançımız Kiril Pozdnyakov ikinci mərhələnin qalibi oldu. Velosipedçimiz həm lider köynəyini aldı, həm də digər mükafatlara layiq görüldü. Düşünürəm ki, bu hələ başlanğıcdır, gələcəkdə belə mükafatlar çox olacaq. Yarışın yüksək səviyyədə keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkürümü bildirirəm”.
AVİF-in vitse-prezidenti Azərbaycan velosipedçilərinin bu yarışa xüsusi hazırlaşdıqlarını bilidirib: “Komandamızın üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Onlar özlərini göstərmək üçün əllərindən gələni edirlər. 4-cü İslam oyunları ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir. Qələbəmiz bütün dünya idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir”.