- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Uzun müddət Azərbaycanda velosiped idmanı lazımi şəkildə təbliğ edilməyib. Amma cənab Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik etməyə başlayandan federasiyada böyük işlər görülüb”. Allsport.az xəbər verir ki, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mətbuata müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün vacib və mənəvi baza yaradılmasına nail olunub. İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçünsə idmanın hər bir növünü, o cümlədən velosipedi də populyarlaşdırmaq lazımdır. “Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz buna xidmət edir.
“Təşəbbüs Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə 2 ay müddətində 200-ə yaxın işin təqdim olunması onu sübut edir ki, biz istədiyimiz nəticəni ala bildik”.
Sahib Ələkbərov bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib. Bura daim insanların gediş-gəlişi olan yerdir. Onlar bu məkanda istirahət edərkən velosiped idman növü ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları, o cümlədən həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idman növünün populyarlaşması üçün böyük rol oynayacaq: “Hesab edirəm ki, qarşımıza qoyulan məqsədə çatmışıq. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq. Mətbuat nümayəndələrinin bu tədbirlərin işıqlandırılmasında rolu çox böyükdür və buna görə onlara öz dərin təşəkkürümü bildirirəm”.