Sahib Ələkbərov: “Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik”

“Əvvəlcə yarışı yüksək səviyyədə işıqlandırdığına görə mətbuat nümayəndələrinə təşəkkür edirəm. Komandamızın qazandığı uğurda media işçilərinin də də rolu var”. Allsport.az saytı xəbər verir ki, bu sözləri “Tour d’Azerbaidjan-2016” veloturunun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib. Bu yürüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən, AVİF-in vitse-prezidenti, komanda hesabında ardıcıl ikinci il qalib olan “Synergy Baku”nun uğurunu yüksək dəyərləndirib:

“Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir. Təsadüfi deyil ki, velosiped yarışları dünyanın çox az sayda ölkəsində keçirilir. Azərbaycan bu baxımdan hər hansı problem yaşamır. Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik”.

Həmin kateqoriyadan