Samir Cəbrayılov finiş xəttini 3-cü keçib

Ukraynada 2.2 kateqoriyalı “Tour of Ukraine” veloyürüşü start götürüb. Allsport.az saytı xəbər verir ki, 19 komandanın iştirak etdiyi 3 mərhələli yarışda Azərbaycanın “Synergy Baku” kontinental komandası da mübarizə aparır.

Yarışın 161,6 km-lik birinci mərhələsində komanda üzvlərimizdən ən yaxşı göstəriciyə Samir Cəbrayılov imza atıb – o, 3 saat 54 dəqiqə 32 saniyə nəticə ilə həm finiş xəttini 3-cü keçib; həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyi ələ keçirib.

Qeyd edək ki, “Synergy Baku” “Tour of Ukraine”da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparır.

Həmin kateqoriyadan