- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Şose velosipedi üzrə millimizin üzvü Samir Cəbrayılov açıq Ukrayna kubokunun 3-cü mərhələsinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, o, 4-günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlayıb.
136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Samir, növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub.
112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümimi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olub.