Samir Cəbrayılovun Mərakeş uğuru

“Synergy Baku” 2.2 dərəcəli Mərakeş turunda çıxış edir. Allsport.az saytı xəbər verir ki, 10-günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.
 
Yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 km-lik 4-cü günündə Azərbaycanın millisinin üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyi ələ keçirib və 5-ci mərhələyə bu köynəklə başlayacaq.
 
4-cü mərhələ həmçinin elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 km məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat 39 dəqiqə 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən 3-cü olub. Bununla da o, ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və hazırda yarış liderindən 34 saniyə geri qalır.
 
Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil olunur.

Həmin kateqoriyadan