- Baxış sayı: 63
- 09 Mart 2025 11:11
- Baxış sayı: 41
- Aprel 04, 2025
- 0
Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2014-cü ilin təqvim-planına əsasən Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edəcək.
Diqqət çəkən məqam ölkə çempionatında ilk dəfə paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançılarının da iştirakıdır. Bundan başqa, Azərbaycan çempionatın açıq xarakterli olması Gürcüstan yığma komandasının 10 üzvünün də turnirdə mübarizə aparmasına imkan verir.
Ölkə çempionatının proqramı belədir:
04.10.2014
Saat 15:00
Elit/U23/gənclər – 25 km fərdi ötüşmə
U17 – 20 km fərdi ötüşmə
U15 – 10 km fərdi ötüşmə
05.10.2014
Saat 09:00
Elit/U23/gənclər – 126 km qrup ötüşməsi
Saat 16:00
U17 – 84 km qrup ötüşməsi
06.10.14
Saat 09:00
Elit/U23/gənclər – 105 km qrup ötüşməsi
Saat 16:00
U15 – 40 km qrup ötüşməsi
07.10.14
Saat 10:00
Elit/U23/gənclər – 85 km
U17 – 52 km
U15 – 17 km