FOTO
“Synergy Baku” 20 Yanvar şəhidlərini yad etdi

İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun, həmçinin Bakı-2015 ilk Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlıqları start götürüb. Allsport.az saytı xəbər verir ki, təlim-məşqin ilk günündə velosipedçilər məşqə çıxmazdan öncə qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna olan ehtiramlarını bildiriblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev “Synergy Baku”nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib və daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
İlk məşq günü velosipedçilərimiz dağ yolları ilə 200 km-ə yaxın məsafə qət ediblər. Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.
IMG_0334 IMG_0335 IMG_0387 IMG_0388 IMG_0402 IMG_0414 IMG_0569 IMG_0600

 

Həmin kateqoriyadan