- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” avqustun 13-16-da keçiriləcək Çexiya Velosiped Turunda mübarizə aparacaq. Allsport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 5 velosipedçimiz çıxış edəcək.
Məşqçilər korpusu bu yürüşdə Maksim Averin, Elgün Əlizadə, Tural İsgəndərov, Matey Müqerli və Markus Eybegerin iştirakını məqsədəuyğun sayıb. Proqrama əsasən, sabah start götürəcək Çexiya Velosiped Turunun ilk mərhələsində 23 iştirakçı kollektiv 20.4 km məsafəyə komanda şəklində zamana qarşı mübarizə aparacaq. Növbəti 3 gün ərzində isə velosipedçilər müvafiq olaraq 178, 199 və 145 km məsafəyə qrup ötüşməsində yarışacaqlar.