“Synergy Baku” ilin ilk uğurunu Türkiyədə qazanıb

“Synergy Baku” qitələrarası komandası Türkiyənində keçirilən 1-günlük Alanya qran-prisində ilin ilk uğuruna yetişib. Allsport.az saytı xəbər verir ki, 1.2 dərəcəli yarışda Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət heyətdə adı 3-cü çəkilən qoşaçarxçımız məsafəni 4 saat 3 dəqiqə 42 saniyəyə başa vurub.
O, ən yaxın izləyicisini 1 dəqiqə 20 saniyə qabaqlamaqla “solo-finiş” edib. Bu qalibiyyət velosipedçimizə həmçinin 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Polivada komandamızın aktivinə daha 20 xal əlavə edib.
 
Synergy Baku”nu 22-25 fevralda qardaş ölkədə 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaq.

Həmin kateqoriyadan