- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Synergy Baku” Mərakeşdə təşkil olunan 10-günlük “Tour de Maroc” yarışında uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb.
Çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla, ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən “solo-finiş” edib. Bundan başqa, o, sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.
“Synergy Baku”nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ qoşaçarxçısı üçün nəzərdə tutulan “Dağlar kralı” köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.
Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 155 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığın əsas hissəsini təşkil edir.