- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Qazaxıstanda təşkil olunan “Tour of Almaty” veloyürüşündə mübarizə aparıb. Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı birgünlük yarışında komandamızın heyətində Elçin Əsədov, Elgün Əlizadə, Maksim Averin, Markus Eybeger, Tural İsgəndərov, Samir Cəbrayılov, Matey Müqerli və Aleksandr Surutkoviç çıxış edib.
“Astana”, “Katyuşa” və “RusVelo” kimi Pro-Tur və Pro-Kontinental komandaların mübarizə apardığı yarışda iştirakçılar 31 km-lik marşrut boyunca 6 dövrə vurublar. Nəticələrə gəlincə, ilk onluqda “Synergy Baku”nun 2 üzvü yer alıb – Matey Müqerli 7-ci, Markus Eybeger isə 9-cu yeri tutub.