- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Kiyevdə 1.2 kateqoriyalı “Horizon Park Classic” veloturu keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-günlük yarışda əsas milinin 2 üzvü – Ukrayna “Lvov”undan Elçin Əsədov və Belarusun “Minsk” kontinental klubundan Samir Cəbrayılov da mübarizə aparıblar.
Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər. Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.
Qeyd edək ki, beynəlxalq velosipedçilər ittifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.