- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün startına 21 gün qalır. Allsport.az saytı xəbər verir ki, mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.
Proqrama əsasən, qoşaçarxçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-Qobustan-Şamaxı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
Planetin nüfuzlu “Eurosport” kanalı ilə əldə olunmuş razılığa əsasən, “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adı çəkilən telekanal vasitəsilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra “Eurosport” bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Ölkəmizdə isə bu missiyanı “Idman Azərbaycan” həyata keçirəcək – telekanal turun 5 mərhələsinin hamısını canlı yayımlayacaq.
Qeyd edək ki, “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.