- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Tour d’Azerbaidjan-2017″nin təşkilat komitəsinin geniş iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Daxili İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polis İdarəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin icra hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak ediblər.
Yığıncağı açan AVİF-in vitse-prezidenti Sahib Ələkbərov, 2.1 dərəcəli “Tour d’Azerbaidjan-2017” barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan bu yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Velosiped idmanı federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək.
Mayın 3-də start götürəcək “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək. Qeyd olunub ki, bu günə “Tour d’Azerbaidjan-2017” yarışında 19 ölkədən 23 komandanın iştirakı təsdiqlənib. Onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla, 17-si kontinental komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı-Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı-İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 kilometr məsafə qət edəcəklər.
Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb. İclasda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun təşkilatı işləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.