- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirakını başa vurub. Allsport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edib ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var idi.
Yarışın bu gün keçirilən sonuncu – 13-cü mərhələsində iştirakçılar 135 km məsafə qət ediblər. 6 velosipedçimizdən 5-i – Yannis Tamuridis, Matey Müqerli, Samir Cəbrayılov, Maksim Averin və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda – 2 saat, 54 dəqiqə, 2 saniyəyə keçib. Fotofinişə əsasən ən yaxşı göstərici Yannis Tamuridisə məxsusdur – 9-cu yer. Markus Eybeger isə qalibdən 28 saniyə geri qalıb.
Beləliklə, 13 mərhələnin yekununa əsasən, ümumi təsnifatın ilk onluğunda komanda üzvlərimizdən bir nəfər yer alıb – Matey Müqerli yarış qalibinə 3 dəqiqə, 30 saniyə uduzmaqla 9-cu yeri tutub. Komanda hesabında isə “Synergy Baku” 22 kollektiv arasında 6-cı olub.