- Baxış sayı: 65
- 09 Mart 2025 11:11
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Respublika velotrekində trek üzrə mövsümün açılış yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr edilmiş yarışda 50-yə yaxın idmançı iştirak edib.
Reqlamentə əsasən velosipedçilər əvvəlcə 2 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Qrup ötüşməsində isə qızlar 10, oğlanlar 20 km məsafə qət ediblər.
2 növün cəminə əsasən, qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə 2-ci, Məryəm Əfqanzadə 3-cü olub.
Oğlanlar arasında Əmral Abduləzizli ən yaxşı göstərici ilə 1-ci yeri tutub. Şahin Eyvazov və Aqşin Bağırlı isə müvafiq olaraq 2-3-cü nəticə göstəriblər. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.