- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Velosiped idmanı federasiyası və Bakı şəhəri təhsil idarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu, 54 saylı orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” şüarı altında velosiped yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda məktəbin 5-8-ci siniflərinin şagirdləri iştirak ediblər.
Estafet sistemi üzrə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli və Hüseyn Məmmədov öz həmyaşıdları arasında 1-ci yerə layiq görülüblər. Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva və Səid Hüseynov 2-ci, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov isə 3-cü yeri tutublar.
Fərqlənən şagidrlər AVİF tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.