- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Velosipedçilər İttifaqı millimizin üzvü Kiril Pozdnyakovu 8 aylıq cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna səbəb onun qadağan edilmiş həbdən istifadə etməsidir. «Synergy Baku» üzvünü apreldə Mərakeş turunda ümumi təsnifatda 3-cü yer tutub; mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən «Tur de Azərbaycan»da mütləq çempion olub.
Almaniya mətbuatının yazığına görə, Kiril Pozdnyakovda dopinq adı ilk çəkilən yarışda tapılıb. 28 yaşlı idmançının orqanizmində metilfenidat və ya ritalin aşkarlanıb. Həmin pereparat yorğunluğu aradan qaldırır və qısa fiziki işqabiliyyətliliyini yüksəldir. Legionçumuzun disflikasiyası bu ilin dekabrın 6-da bitəcək. AzVİF durumla bağlı hələ rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, bu, cari mövsümdə ilk belə hadisə deyil. Martda Xorvatiyada 1-günlük velotur zamanı Azərbaycanın Elit yığması və «Synergy Baku» qitələrarası komandasının üzvü Maksim Averinin analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılıb. Belədə, Rio olimpiadasının uğursuzu 1 il müddətinə cəzalandırılıb.