Velosipedçimiz Türkiyədə 3-cü olub

Türkiyənin Alanya bölgəsində 2.2 dərəcəli “Tour of Cartier” yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, velotur “Synergy Baku” üçün uğurlu olub.
 
4 mərhələdən ibarət ötüşmədə Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan komandamızın heyətində ən yüksək nəticəni adı 5-ci çəkilən qoşaçarxçı göstərib. O, yekunda qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.
 
Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.

Həmin kateqoriyadan