- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə “Galichyna” Qran-Prisinə yekun vurulub. Allsport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında Azərbaycan yığma komandası 1 qızıl və 3 gümüş medal qazanıb.
Qızıl medal 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenkonun aktivindədir. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.
Digər gümüş medala isə Yelena Pavluxina yiyələnib – o, 10 km məsafəyə skretç yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.