- Baxış sayı: 64
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Britaniyanın “Maklaren” komandası, ABŞ-in öndəgedən proqram təminatçısı olan “Vörkdey” şirkəti ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, heyətin əməkdaşlıq üzrə icraçı rəhbəri Mett Denninqton tərəfdaşlıq haqqında fikrini belə bölüşüb:
”Biz yeni sponsorumuzu salamlamaqdan məmnunuq. Formula-1 dünyasında rəqabətin səviyyəsi olduqca yüksəkdir. Həm yarış meydançasında, həm də kənarda mümkün qədər səmərəli fəaliyyət göstərmək vacibdir.
Yeni tərəfdaşımız bizi maliyyə və əməliyyat planlaması kimi sahələrdə təkmilləşməyə kömək edəcək, bu da öz növbəsində, düzgün qərarlar qəbul etməyə yardımçı olacaq. 2023-cü ildə öz işimizdə “Vörkdey”in faydasından yararlanacağıq”.