Yeniləşmiş çempionun ilk sınağı

UEFA futzal kubokunun elit-raundunda mübarizəyə başlayır. Azərbaycan çempionu “Araz” turnirə məhz bu mərhələdən qoşulur. Ötən mövsüm «Dördlər finalı»na qədər yüksəlmiş və bu turniri Bakıda qəbul edərək, 3-cü yerə çıxmış «Araz» yeni baş məşqçi və yeniləşmiş oyunçu heyəti ilə ilk ciddi sınağına Çexiyanın Pardubitse şəhərində çıxacaq.

Komandanın heyətində qapıçılar Elnur Zamanov, Leanardu Oliveyra da Silva və Covani Laersiu Buranellu; müdafiəçilər Eduardu Melu Borxeş, Çeşinya, Rizvan Fərzəliyev, Aleşandre Manuel da Silva, Cefferson Batişta Barroş; hücumçular Rəcəb Fərəczadə, Xətai Bağırov, Ramiz Çovdarov, İsa Atayev, Vladimir Laziç, Je, Fernandu da Silva Amadeu, Fineu de Arauju yer alıblar.

UEFA Futzal Kubokunun ikiqat bürünc medalçısı olan «Araz» sabah Slovakiyanın «Slov-Matik», birisi gün Rusiyanın “Dina” klubları, noyabrın 21-də isə ev sahibi “Xrudim”lə görüşəcək.

Maraqlıdır ki, ötən əsrin 90-cı illərində 9-qat Rusiya çempionu olmuş bu mərhələnin yeganə Avrokubok debütantıdır. Komandamızın «Slov-Matik»lə oyun təcrübəsi var. 2007-08-ci illər mövsümündə slovaklar «Araz»a 4:3 hesabı ilə qalib gəlsələr də, sonrakı ilə 2:4 hesabı ilə yenilmişdilər. Onu da zəif saymaq olmaz. Çünki klub 6 ildir dalbadal bu mərhələyə vəsiqə qazanır. Ev sahibləri də elitraundun daimi iştirakçılarıdır. Onların da Azərbaycan çempionu ilə oyun uğuru var. 2011-12-ci illər mövsümündə «Xrudim» «Araz»ı 4:3 hesabı ilə məğlub etmişdi.

 

Həmin kateqoriyadan