- Baxış sayı: 21
- 08 İyun 2026 15:04
- Baxış sayı: 136
- İyun 08, 2026
- 0
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, Avropa Liqasının “H” qrupunda oktyabrın 20-də Konya Böyükşəhər Bələdiyyəsi stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) görüşünü idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi referilər Rəhim Həsənov və Orxan Məmmədov olacaqlar. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.