- Baxış sayı: 30
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Kürasao tağımı futbol azarkeşlərinə gözəl hekayələr danışmağa davam edir. Allsport.az saytı xəbər verir ki, Dünya Kubokunun siftəçisi ilk qolunu Manuel Noyerə qarşı vurub. Eloy Rom qapıda etibarlı dayanaraq millisinin ilk xalını qazandırmaqda qəhrəmancasına kömək edib – Ekvadorla 0:0 heç-heçə. Şimali Amerikada keçirilən mundialda seçmə komandanın tibb heyətinə rəhbərlik edən yeganə qadın Süzanna Hurman oyunçuların ən yaxşı vəziyyətini təmin etməyə kömək edir.
O, San Pauluda doğulub və uşaqlıqdan “Korintians”ln azarkeşi olub. Onun “Real Madrid”, “PSV Eyndhoven”, Niderlandın gənclər və olimpiya millilərində çalışdığı təsirli bir tərcümeyi-halı var. O, mundialdan bir neçə ay əvvəl Dik Advokatla işləmiş professor Kasper van Eykin tövsiyəsi ilə Kürasaoya qoşulub. Bu dünya çemoinatı onun kişi futbolunda bu səviyyədə ilk qələbəsi idi. Baxmayaraq ki, əvvəllər FİFA turnirlərində və Paris-2024 olimpiadasında təcrübəsi var.


