Özbəkistanla matçdan sonra Messidən danışan reportyordan üz döndərib – VİDEO

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu, müsahibə zamanı, idman repotyorunun argentinalı Lionel Messidən bəhs etdikdə, ondan üz döndərib.

Allsport.az saytı xəbər verir ki, 23 iyunda Portuqaliya millisi Dünya Kuboku matçında Özbəkistanı 5:0 hesabı ilə yenib. Həmin görüşdə 41 yaşlı futbolçu 2 qol vurub.

Lakin jurnalist Messinin adını çəkəndə Kriştianu nümayişkaranə şəkildə üz döndərib, digər KİV nümayəndələrinə “davam edin” deyib.

22 iyunda Avstriyaya qarşı (2-0) Messi 2 dəfə fərqlənərək, Dünya Kuboku tarixində 18 topla ən qolçu olub. Ronaldunun hesabında 10 qol var.

https://vk.com/clip-236767234_456240305

Həmin kateqoriyadan