Zlatan Messi barədə nə dedi?

İsveçin bütün zamanların ən çox qol vuran oyunçusu Zlatan İbrahimoviç, Lionel Messinin dünya çempionatında tarixi dublu haqqında şərh verib. Allsport.az saytı xəbər verir ki, Argentina millisinin 38 yaşlı kapitanı qrup mərhələsində Avstriya üzərində 2:0 hesablı qələbə qazanılan oyunda hər 2 qolu vuraraq Dünya Kubokunda 17-ci və 18-ci qollarını vurub. Həmin matçda o, almaniyalı Miroslav Klozesini (16 qol) keçərək mundialda ən çox top vuran futbolçu olub. Messi ilk matçda Əlcəzairə qarşı 3:0 hesablı qələbə qazanılan oyunda het-trik edib.

“Buna heç vaxt şübhəm olmayıb. Elə vaxtlar olur ki, o, normal insan kimi görünür, penalti vurmur, amma elə vaxtlar olur ki, insan kimi görünmür: bu, Messidir. Bu, onun Dünya Kubokudur və onlar hələ İordaniya ilə oynamayıblar, ona görə də necə bitəcəyini bilmirəm. İki matçda beş qol – iki Dünya Kubokunda sıfır qol vurmuşam. Onun üçün xoşbəxtəm və ümid edirəm ki, belə davam edəcək”, – isveçli futbolşu deyib.

Həmin kateqoriyadan