- Baxış sayı: 113
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 212
- Avqust 05, 2026
- 0

Portuqaliya millisinin müdafiəçisi Joau Kanselu dünya çempionatında Özbəkistan üzərində 5:0 hesablı qələbə ilə bağlı şərh verib. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçu ilk qolunda rol oynayıb və 6-cı dəqiqədə Kriştianu Ronalduya məhsuldar ötürmə edib:
“Özbəkistanın daha zəif olduğunu bilirdik, amma Konqo Demokratik Respublikası (1:1) ilə oyun ərəfəsində də belə hiss vardı. Lakin ilk matçdan fərq bizim yanaşmamızda idi. Əvvəldən onlara nəfəs almağa yer vermədik, yüksək təzyiq göstərdik.
İlk hissədə hələ də dərinə getdiyimiz anlar oldu. Bizim kimi komanda bunu etməməlidir. Amma qələbəyə haqq edirdik. Fərdi keyfiyyətimizi bilirik və favoritlərdən biri olduğumuzu başa düşürük. Bununla belə, digər komandaları kiçiltmək istəmirəm”.