12 kluba cəmdə 2 milyon 560 min manat yardım edilib

AFFA icraiyyə komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq üsulu növbəti mövsümdə də davam etdiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mexanizmin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə ölkə futboluna müsbət təsiri nəzərə alınaraq, layihənin davam etdirilməsi düşünülür.

AFFA ilə PFL arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, intizam komitəsinin tətbiq etdiyi maliyyə cəzalarından, eləcə də legionçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin PFL-in büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Qərara əsasən, güclülər dəstəsində çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Əlavə gəlir ölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının 2-ci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin PFL-in büdcəsində saxlanılmasına icazə verilib.

Həmin kateqoriyadan