- Baxış sayı: 36
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatının “K” dəstəsinin 2-ci oyununda Portuqaliyaya sarsıdıcı yenilgidən sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 23 iyunda Orta Asiya təmsilçisi 0:5 hesabı ilə uduzaraq, növbəti mərhələyə çıxmaq fürsətini itirib:
“Əlbəttə ki, ilk dəfə Dünya Kubokunda iştirak etmək asan ola bilməz. Püşkatmadan sonra Portuqaliya və Kolumbiya ilə çətin qrupda olduğumuz aydın oldu.
Kolumbiya ilə oyundan sonra oyunçularla fəxr etdiyimi dedim. Bu gün də onlarla fəxr edirəm. Çünki onların necə mübarizə apardıqlarını gördüm. Çox çətin idi, amma hər dəqiqə mübarizə apardılar.
Onlar meydana böyük motivasiya ilə çıxdılar. Təkrar edirəm, bu dünya çempionatı bizim üçün əla təcrübədir”.
2026-cı il Dünya Kuboku qrup mərhələsinin final matçında Özbəkistan 28 iyun bazar günü Konqo Demokratik Respublikası ilə oynayacaq.