Respublika olimpiadasında yunan-Roma güləşində mükafatçılar

Azərbaycan texniki universitetin idman zalında Məktəblilərin respublika idman olimpiadası davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan texniki universitetin idman zalında təşkil edilən yarışın 4-cü günündə yunan-Roma güləşi üzrə 41, 48, 57, 68 və 85 kq-da ümumilikdə 115 idmançı arasında finalçılar müəyyənləşib.

41 kq
Umud Ağəmmədov (UGİM-2) – Hacı Hüseynzadə (Lənkəran)

48 kq
Əli Zülfüqarlı (Şuşa,UGİM) – Paşa Aslan (UGİM-2)

57 kq
Mövlud Mustafayev (ROİL) – Yusif Məmmədov (Balakən)

68 kq
Murad Novruzzadə (UGİM-10) – Yusif Sadıqov (Sumqayıt,Təhsil)

85 kq
Tamerlan Məmmədov (Şəmkir) – İsmayıl Məmmədov (Zəngilan)

Axşam seansında isə yunan-Roma güləşində 38, 44, 52, 62 və 75 kq-da medalçıların adına aydınlıq gəlib:

38 kq

  1. Aqil Abbasov (Masallı)
  2. Əbəlfəz Mehtiyev (Masallı)
  3. Ruslan Fətəliyev (UGİM-2), Böyükağa Qulizadə (Şirvan,Təhsil)

44 kq

  1. Fərid Ağayev (ROİL)
  2. Cahir Əhmədov (Gədəbəy)
  3. Kamran Daşdəmirov (UGİM-10), İmran Bunyatov (UGİM-9)

52 kq

  1. Həsən Bayramlı (ROİL)
  2. Zeyd Süleymanlı (UGİM-2)
  3. Vaqif Qəmbərov (Şəmkir), Nihad Şahbazov (Kürdəmir)

62 kq

  1. İsmayıl Mamedov (Balakən)
  2. Ağakərim Cəfərli (Lənkəran)
  3. Rəsul Abbaszadə (Zəngilan), Cəsur Cavadzadə (UGİM-2)

75 kq

  1. Anar Hüseynli (UGİM-2)
  2. Məhəmmədəli Əliyev (Zəngilan)
  3. Yusif Novruzov (UGİM-10), Qasım Quliyev (UGİM-9)

Həmin kateqoriyadan