- Baxış sayı: 67
- 13 May 2026 22:06
- Baxış sayı: 113
- May 13, 2026
- 0

“Arsenal” çempionçar liqasının yarımfinalının 2-ci oyununda “Atletiko”u 1:0 məğlub edərək (ilk oyun 1-1) finala yüksəlib.
Allsport.az saytı xəbər verir ki, “topçular” 2006-cı ildən bəri ilk dəfə, tarixində isə 2-ci dəfə Çempionlar Liqasının finalında oynayacaqlar.
2005/06 mövsümündə London klubu həlledici görüşdə “Barselona”ya 1:2 yenilmişdi. ÇL-in bu dəfə finalı 30 mayda Budapeştdə “Puşkaş arena”da keçiriləcək.
İkinci finalçı 6 mayda “Bavariya” və PSJ arasında keçiriləcək matçda müəyyənləşəcək (ilk oyun 4:5).