- Baxış sayı: 11
- 15 İyun 2026 12:25
- Baxış sayı: 22
- İyun 15, 2026
- 0

“Barselona” klubu “Nyukasl”ın hücumçusu Entoni Qordonu transfer etmək niyyətindədir.
Allsport.az saytı xəbər verir ki, katalonlar 25 yaşlı ingilis futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıblar.
“Narıncılar” hazırda “sağsağanlar”la danışıqlar aparır. Onlar “Bavariya” və premyer liqa klublarını məğlub etmək üçün müqaviləni tez bir zamanda başa çatdırmaq istəyirlər.
“Nyukasl” cari CL-in pley-ofunda “Qarabağ”ın rəqibi olub və hər 2 matçda qalib gəlib. Bakıda 6:1 hesabı ilə bitən oyunda futbolçu 4 qol vurub.