70 yaşlı bolqar professor AİA-da elmi şuradan da kənarlaşdırılıb. O, ən yüksək maaş alanlardandır

Azərbaycan idman akademiyasının bolqar müəlliməsi Gürka Qançeva elmi şuradan kənarlaşdırılıb. Allsport.az-ın məlumatına görə, o, bu ilin sentyabrında Gimnastika nəzəriyyəsi və metodikası kafedrasının müdiri vəzifəsindən də azad olunub. 70 yaşlı professorun məvacibi 9500 manat təşkil edib. Bunu saytımıza AİA-da işləmiş kafedra rəhbərlərindən biri deyib. Hazırda Gürka Dimitri qızı rektorun müşaviridir. Yayılan xəbərə əsasən, o, həmin yüksək maaşı almaqda davam edir.

Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyevdir. Onun dönəmində bu təhsil ocağı daha inkişaf edib – ardıcıl islahatlar aparılıb, tam yeni infrastruktur yaradılıb (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması) beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıq qurulur. Himayədarlar hesabına müasir üslubda əsaslı təmir olunan AİA-da 2000-nə yaxın müəllim işləyir.

Həmin kateqoriyadan