- Baxış sayı: 45
- 23 Aprel 2025 15:27
- Baxış sayı: 31
- Aprel 27, 2025
- 0
“Red Bull”un idman məsləhətçisi Helmut Marko qarşıdan gələn Formula-1 mövsümündə bütün qran prilərdə iştirak etmək istəyir.
Allsport.az xəbər verir ki, bu barədə 81 yaşlı Marko “oe24″ saytına açıqlamasında deyib: “Bu il bütün yarışlara gedəcəm. Sağlamlığım yaxşıdır. Mövsümlərarası fasilədə Qratsda (Avstriya) ofisdə işləyirdim, çox vaxtımı meşədə keçirirdim. Gündəlik yoqa və uzanma məşqləri edirəm. Başa düşürəm ki, nəsə etmək lazımdır. Ona görə də idman zalında çox məşq edirəm”.
Helmut Markonun apreldə 82 yaşı tamam olacaq.
F-1 üzrə Azərbaycan qran prisi 19-21 sentyabrda keçiriləcək.