”Abşeron”la “Azərreyl”dən inamlı qələbə

Qadın voleybolçular arasında yüksək liqada növbəti oyunlar keçirilib.

Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində XII turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və UNEC komandaları çıxıblar. Görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə bitib.
Növbəti oyun “Azərreyl” və “Murov Az Terminal” klubları arasında olub. Bu qarşılaşmada da isə “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.
XII turun son oyunu fevralın 22-də Gəncə şəhərində keçiriləcək. Gəncə idman sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək.


Yüksək liqa
XII tur
19 fevral
“Abşeron” – UNEC 3:0 (25:4, 25:13, 25:12)
“Azərreyl” – “Murov Az Terminal” 3:1 (25:18, 25:23, 20:25, 25:20)

22 fevral
14:30. “Gəncə” – “Milli Aviasiya Akademiyası”

Həmin kateqoriyadan