- Baxış sayı: 103
- 29 May 2026 23:47
- Baxış sayı: 115
- May 26, 2026
- 0

“Sevilya” klubu – “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Albert Sambi Lokonqanın 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.
Allsport.az saytı xəbər verir ki, eyni zamanda, “əndəluslar”, 24 yaşlı futbolçunu icarə müddəti bitdikdən sonra almaq imkanı əldə edəcək.
Ötən mövsüm o “Luton”a icarəyə verilib və premyer liqada 17 matçda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə edib.
Transfermarkt portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.