- Baxış sayı: 49
- 11 May 2026 18:26
- Baxış sayı: 106
- May 11, 2026
- 0

“Zalsburq”, baş məşqçi Matias Yasleni istefaya göndərdiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Avstriya klubu yeni mövsümün başlamasına 2 gün qalmış Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna getmək istədiyini bildirən almaniyalı mütəxəssislə yolunu ayırıb.
35 yaşlı çalışdırıcı 2021-ci ildən “Zalsburq”u çalışdırırdı. Onun rəhbərliyi ilə komanda 2 dəfə ölkə çempionluğuna və 1 dəfə Avstriya kubokuna sahib olub.