Bu səfər Əmircanda

Mayın 8-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında gənclər və idman nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” layihəsi həyata keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə 100-dək iştirakçı səyyar “Sağlam həyat” avtomobilində quraşdırılmış avadanlıqlardan istifadə edərək fiziki hərəkətlər yerinə yetirib, müxtəlif idman fəaliyyətlərində qüvvələrini sınayıblar. Sonda fəallığı ilə seçilən iştirakçılara sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan