- Baxış sayı: 60
- 27 Aprel 2025 09:30
- Baxış sayı: 38
- Aprel 27, 2025
- 0
Azərbaycan premyer liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abbasovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, o, oyun barədə bunu deyib:
“Rəqib azlıqda qalmazdan əvvəl də oyuna yaxşı başlamışdıq. Futbolçular istədiyimizi yerinə yetirirdi, sürət və dinamika var idi. İlk hissədə iki real qol epizodumuz oldu. İkinci hissədə daha çox istəkli idik. Əvəzetmələrin də təsiri ilə qol vurduq, amma 10 nəfərə qarşı hazırlaşmamışdıq. Prioritetimiz kubokdur, amma çempionatdan da qopmamışıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Futbolçularımın hamısından razı qaldım”.