Sindao sınağına kimlər yollanıb?

26–28 iyunda Çinin Sindao şəhərində cüdoçuların mükakafat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Los Anceles-2028-ə xallar verən bu sınaqda Azərbaycanı mübarizə meydanında 17 nəfər (11 kişi, 6 qadın) təmsil edəcək. 3 gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.

Bizdən heyətdə kişilərdə Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi – 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zəlim Tçkayev (81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Həmzətxanov, Uşanqi Kokauri (+100 kq) yer alıblar.

Qadınların rəqabətində Könül Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (52 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) güləşəcəklər.

Həmin kateqoriyadan